Azərbaycan əyalətlərində xərçəng xəstəliyi səbəbindən ölüm halları artıb

by Samir Asadli

Qərbi Azərbaycan, Şərqi Azərbayan və Ərdəbil əyalətlərində mədə-bağırsaq xərçənginin geniş yayılması səbəbindən bu xəstəliyə görə ölənlərin sayı kəskin artıb.

Bu barədə İran Mədə-bağırsaq Endoskopiya Dərnəyinin rəhbəri Kamra Baqiri Lənkərani bildirib.

Qeyd edək ki, son statistikaya görə, İranda hər il 55 min nəfər xərçəng xəstəliyinə yoluxduğuna görə həyatını itirir və bunun çox faizi Azərbaycan əyalətlərinin payına düşür.

Bununla yanaşı, son 30 il ərzində ölkədə 50 yaşdan aşağı vətəndaşlar arasında xərçəngə yoluxma hallarının 80 faiz artdığı deyilir.

Səhiyyə sistemi mütəxəssisləri İranda xərçəng xəstəliyindən ölənlərin sayının rəsmi statistikada göstəriləndən daha çox olduğunu bildirirlər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK