Azərbaycan karateçisi Tural Ağalarzadə Polşada keçirilən III Avropa Oyunlarında qızıl medal qazanıb.
Axar.az-ın verdiyi məlumata görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı finalda yunanıstanlı Dionisios Ksenosdan üstün olub.
Qeyd edək ki, bu, Azərbaycan idmançılarının Avropa Oyunlarında əldə etdiyi ilk medaldır.