Azərbaycan birgəyaşayışın nümunəsi olan ölkələrdəndir”.

by Samir Asadli
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parisdə UNESCO-nun Baş Konfransının 42-ci sessiyası çərçivəsində çıxışı zamanı Azərbaycan əleyhinə əsassız və yalan dolu iddialar səsləndirib. Ölkəmizə qarşı 30 ilə yaxın hərbi təcavüz zamanı kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarını pozan Ermənistan rəsmisi riyakarcasına Azərbaycanı könüllü olaraq Ermənistana getmiş ermənilərin “etnik təmizləməsində” ittiham edib. İrəvanın bu istiqamətdə müxtəlif beynəlxalq platformalardan sui-istifadə cəhdləri qəbuledilməzdir. 
Ermənistanın bu kimi əsassız iddialarının regiona səfər edən, eləcə də bu ölkədə aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə açıq şəkildə ziddiyyət təşkil etdiyi göz qabağındadır.
 
Politoloq Samir Əsədli “Sherg.az”a deyib ki, Ermənistan hakimiyyətinin hər zaman apardığı siyasət riyakarlıq və yalan üzərində qurulub. 
Analitik qeyd edib ki, sovet dövründən başlayaraq, indiki Ermənistan ərazisindən, yəni Qərbi Azərbaycandan kütləvi surətdə azərbaycanlılar öz yurd-yuvalarından qovuldular:
“Deportasiyanın axırıncı dalğası 1988-ci ildə baş verdi və sonuncu azərbaycanlılar  Ermənistan ərazisindən çıxarıldı. Azərbaycanlılar İrəvan və Göyçə mahalından, Zəngəzurdan, Dərələyəzdən, Amasyadan və digər yerlərdən didərgin salındı. Ermənistan monoetnik dövlətdi və dünyada belə dövlət ancaq Ermənistandı. Ermənilər vahid xristianlığı parçalayaraq – Qriqoryan kilsəsi adlı ayrıca qol yaradıblar. Ermənilər heç vaxt başqa millətlə bir yerdə yaşamaq istəməyiblər. Harda kompakt yaşayırlarsa, digər xalqın nümayəndələrini oradan didərgin salmağa çalışırlar. Təkcə Azərbaycanda yox, bir sıra ölkələrdə bu problemlər yaşanıb. Xüsusən, Gürcüstanda, Cavaxetiyada bu cür problemlər olub. Ermənilərin Azərbaycana, Türkiyəyə, Gürcüstana, İrana ərazi iddiaları var. Xəstə təfəkkürləri ilə bu işləri görürlər”.
 
Siyasi şərhçi qeyd edib ki, keçmiş Qarabağ münaqişəsinin əsasını da ermənilər özləri qoyub: 
“Yaşadıqları Azərbaycana, dövlətimizə, xalqımıza qarşı silahlı üsyana başlayıblar. Azərbaycanlıları kütləvi surətdə qırıblar. İnsanlarımız 30 ildən artıq öz yurdlarından didərgin düşüblər. Xocalıda, Ağdabanda, Başlıbeldə, Qaradağlıda və başqa yerlərdə qətliamlar, soyqırımlar həyata keçiriblər. Öz çirkin məqsədləri üçün bütün vasitələrdən istifadə ediblər. O baxımdan XİN başçısı A.Mirzoyanın sərsəmləməsi heç nəyi dəyişmir. Dünyada super güc sayılan dövlətlər tarixə, tarixi faktlara nəzər salsınlar. Görsünlər ki, kimlər etnik təmizləmə ilə məşğul olub. Azərbaycan çoxmillətli dövlətdir. Ölkəmizdə etnik azlıqlar bərabər şəkildə yaşayırlar. Bununla bağlı heç bir problem yoxdur. Ona görə Ermənistan rəsmilərinin ittihamı heç nəyi əks etdirmir. Sadəcə olaraq ağıllarına gələni danışırlar. Qarabağdan ermənilər özləri kütləvi surətdə gediblər. Bunu əks etdirən video görüntülər var. Hətta ermənilərə bölgəni tərk etməmələri üçün çağırış da edildi. Dövlətimizin sivil insanlarla problemi yoxdur. Problemimiz əli qana bulaşmış, silahlı dəstələrdə olmuş şəxslərlədir. Azərbaycan birgəyaşayışın nümunəsi olan ölkələrdəndir”.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK