Azərbaycan Demokrat Firqəsi Milli Hökumət idealını yaşadır

by Samir Asadli

Güney Azərbaycanda 1945–1946-cı illərdə Milli Hökumət qurmuş Azərbaycan Demokrat Firqəsinin fəaliyyəti imperialist dairələri yarandığı zaman olduğu kimi, sonrakı dövrlərdə də daim narahat etmişdir. Qərb imperializmi Azərbaycanın güneyində müstəqil dövlət qurmuş bir partiyanı qanlı yolla ölkədən vurub çıxartdırdığı kimi, özünü məzlum xalqların dayağı elan etmiş Sovet impetriyası da Güney istiqlalçılarınının süqutuna göz yummuş, sonrakı dövrdə isə ADF-ni İrandakı əlaltısı olan Tudənin yedəyində görmək istəmişdi.

Söhbət 1960-cı ildə Azərbaycan Demok­rat Firqəsinin İran Xalq Partiyasına (Tudə) məcburi birləşdirilməsi ilə başa çatan kon-fransdan gedir. Moskvanın və Tudə rəhbər­liyinin ADF-nin əksər üzvlərinin razılığı olmadan reallaşdırdığı bu aksiyanın – tarixi səhvin aradan qaldırılması üçün təşkilatımı­za on illəri itirmək lazim gəldi. Kənardan elə görünürdü ki, sanki, ADF deyilən bir partiya yoxdur, sadəcə, Tudənin əl-qolu bağlı Azər­baycan təşkilatı var, onun da fəaliyyəti qətiy­yən diqqəti çəkmir.

Bəs, əslində, vəziyyət necə idi? İllərin və hadisələrin canlı şahidi kimi bundan da­nışmaq istəyirəm. Çünki ADF-nin fəaliy­yəti ölkə daxilində bir gün də dayanmayıb. Düzdür, Vəhdət konfransından sonra yara­nan ideoloji baryerlər, istər-istəməz ADF-nin fəaliyyətinə, Azərbaycan xalqının milli hüquqlar uğrunda mübarizəsinə mənfi təsir­lərini göstərməyə bilməzdi. Xalqın yaddaşın­da Seyid Cəfər Pişəvəri və onun silahdaşları­nın yaratdıqları möhtəşəm partiyanın ideoloji təməlləri, proqram hədəfləri yaşayırdı.

Onlar bütün İran və Azərbaycan mühiti­nin tələblərinə cavab verən həmin proqramın həyatiliyini birillik Milli Hökumət dövrün­də əyani görmüş, bəhrəsini dadmışdılar. Bu baxımdan ölkə sakinlərinə sinfi və bölücü ideologiyanı qəbul etmək qətiyyən məqbul sayıla bilməzdi. Hər halda, bu xalq hərəkət­siz dayanmağı da özünə rəva bilməzdi. Odur ki, xalqımızın demokratik hüquqları uğrun­da mübarizəsi geniş vüsət aldı. Çünki İranı hərbi-siyasi diktatura, qəddar Pəhləvi rejimi idarə edirdi. Güc birlikdə olduğundan parti­yalar arasında “Vahid antidiktatura cəbhəsi”­nin yaranması günün tələbi idi.

Bundan əlavə, konfransın “soyuq mü­haribə”nin gərgin vaxtlarına təsadüf etməsi, müəyyən tələblər ortaya çıxarmışdı. Şərtlər­dən biri bu idi ki, Tudə partiyasının III qu­rultayına qədər onun Mərkəzi Komitəsində ADF-nin 7 nəfər üzvü olmali idi. Firqə Azər­baycanın yeganə milli-siyasi təşkilatı kimi tanınmalı idi. Lakin bu baş vermədi. Sinfi ideologiyaya əsaslanan bir partiya olan Tudə SSRİ-nin dağılması ilə eyni taleyi yaşadı. 1992-ci ildə isə ADF İran Tudə Partiyasının III qurultayına qatılmadı, bununla Vəhdət konfransının qərarları avtomatik ləğv edildi.

Xatırladaq ki, Vəhdət konfransı İran hü­dudlarından kənarda baş vermişdi. Bu hadisə ADF həyatında mənfi rol oynasa da, hətta onu iflic vəziyyətinə salsa da, ölkə daxilində təsiri bir o qədər duyulmurdu. Firqəçilər öz işlərində idilər. Firqə tərəfdarları ölkə daxi­lində mobil qruplar şəklində təşkilatlarını ya­radıb 1960-cı ildən sonra da şah diktaturasına qarşı mümkün olan mübarizəni ardıcıl surət­də davam etdirirdilər.

İstərdik həmin qrup və təşkilatlardan bir qisminin adını çəkək. Bu gün onlardan “Əy­yub Kələntəri, Əli Kolahi, Əli Əzimi, Zehta­bi, Cavad Furuği”, “Zülfüqari, Bilal, Məşə­di Bayram”, ”Əliqulu, Əmirbadur”, “Bulut Qaraçorlu, Məmmədəli Fərzanə”, “Yəhya Şeyda”, “Çərxrçi”, “İctimaiyyun-amiyyun” qruplarını və başqarını ehtiramla xatırlayırıq. Əlbəttə, müştərək fəaliyyət göstərən, tərkibin­də Firqə–Tudə tərəfdarları olan qrupların da adlarını çəkmək mümkündür. Onlar 1979-cuil inqilabınadək fəaliyyətlərini davam etdi­riblər.

Nəhayət, azadlıq və türk düşməni olan şah devrilərək ölkəni tərk etməyə məcbur oldu. Zindanlardan çıxdıq. İnqilab zəfər çaldı və biz dərhal Təbrizdə ADF-nin iqamətgahını açdıq. Səfərxan Qəhrəmani zindandan birba­şa mübarizə meydanına atıldı. Firqə rəhbər­lərinin mühacirətdən Təbrizə gəlmələri fəa­liyyəti daha da canlandırdı. ADF-nin orqanı “Azərbaycan” qəzetini Təbrizdə buraxmağa başladıq. Firqənin mühacirətdə olan Mərkə­zi Komitəsinin üzvlərindən sədr müavini Ənuşirəvan İbrahimi, Seyidağa Onullahi, Məhəmməd Hüseyn Xoşginabi, Taği Musə­vi, Mirvahab Əfğəm, Məhəmməd Əli Fərid, Məhəmmədəli Müciri, Fəqih, İrandoxt İbra­himi, Fridun Kazimi və başqaları ilə çiyin-çi­yinə mübarizə apardıq.

İnqilab ərəfəsində Təbrizdə firqəçi yol­daşlarımızla məhəllələrdə və fabriklərdə şuralar qurduq və fəhlə sinfi içərisində sin­kikalar təşkil etdik. “Fabrikdə nə xəbər” adlı gündəlik bulleten buraxdıq. “Yoldaş” və “Dədə Qorqud” jurnalları ADF təəssübkeşlə­ri tərəfindən işıq üzü gördü. 300-dən artıq üzvü olan Azərbaycan Şair və Yazıçılar Cə­miyyətini yaratdıq .

Bu yarım leqal dövrdə fəaliyyətimiz 4 ildən artıq çəkmədi. Firqə yenidən basqı­lara məruz qaldı. 3 mindən çox firqə üzvü həbs olundu. ADF-nin sədr müavini Ənu­şirəvan İbrahimi, fəallardan Rəsul Əmiri, Məhəmməd Hüseyn Əmirhaşimi, Məhəm­məd Hüseyn Qədəmgahi, Mirvahab Əfğəm oldürüldülər. Bir çoxları yenidən mühacirət etməyə məcbur oldu. Digərlərimiz üçün ye­nidən çətin dövr başlandı. Lakin çox çəkmədi ADF-nin yenidən mobil qrupları, təşkilatları yarandı . “21 Azər”,” Səttarxan”, “Heydər Əmoğlu” , ”Cavidan”, “Sərriyə” qrupları və “Firqə tərəfdarı” təşkilatları mübarizəni davam etdirdilər.

Fəaliyyətimizin davamında məhbusla­rın azadlığı, konstitusiyanın 15 , 19-cü və digər maddələrinin tətbiqilə, İran – İraq mü­haribəsinin dayandırılması, İnsan Hüquqları Komissiyasının başçısı Qalindopola məh­busların azadlığı üçün məktublar və imza toplanması, digər məsələlər gündəlik diqqət mərkəzindəolan məsələlər idi. Eyni zaman­da, “Azərbaycan” qəzeti və jurnalının ölkə daxilində çoxaldılıb yayılması, mədəni fəa­liyyətlər, milli dildə kitabların nəşri, şəhid­lərin xatirə mərasimlərinin keçirilməsi, şair və yazıçılarmızın yubileylərinin, ədəbi-bə­dii gecələrin təşkili, dağçı qruları yaradıb gəzintilərin tərtibi kimi fəaliyyətlər davam etdirildi.

1992-ci ildə ADF-nin ölkə hüdudların­dan kənarda passiv fəaliyyəti ilə rastlaşanda hamımız kədərləndik. Ona görə Avropaya üz tutduq. Qoca qitədə ADF-ni tanıtmaq üçün çoxsaylı seminarlar təşkil etdik, bey­nalxalq təşkilatlarla görüşlər keçirdik, “21 Azər hərəkatı” barədə, Milli Hökümətimiz, mədəniyyətimiz, ana dilimiz, Urmu gölü­nün qurumasının qarşısının alınması ilə bağlı saysız-hesabsız aksiyalar həyata keçirdik. Firqə şəhidləri barədə sənədləri, Azərbay­canın ostanlara bölünməsi və şəhərlərinin, kəndlərinin, çayların və dağların adlarının dəyişdirilməsinə etiraz məktublarını yaydıq. Fəaliyyətimiz davam edir, hələ görülməli iş­lər çoxdur.

Abdulla ƏMİRHAŞİMİ CAVANŞİR,
ADF publisistiİsveç, Stokholm

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK