Azərbaycan türkcəsində kitablar çap edən bir sıra mətbəələrin kitabları Tehran şəhəri Kitab Sərgisindən yığışdırılıb.
Güney azərbaycanlı şair və mədəni aktvist Səid Muğanlı bu barədə məlumat verib.
“Bayatılar, Azərbaycan nağılları, Səməd Behrənginin nağılları, Bağlama pəncərəsi, Nisminin şerlər toplusu, həmçinin prof. Zehtabinin bütün kitabları, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, Turan tarixi və çapına icazə verilmiş digər kitablar “İrşad” (İslam Çağırış) Nazirliyinin məmurları tərəfindən yığışdırılıb” Səid Muğanlı açıqlayıb.
Bunlardan əlavə Dr. Mirinin yazdığı “İran 5 rəvayətdə” kitabı da kitba sərgisində həmin zəbt olunmuş kitablar sırasındadır.
Daxil olan məlumata əsasə İran hakimiyyətinə bağlı “Azəriha” faşist qrupunun üzvləri Salar Seyfəddinin başçılığı ilə səgidə gəzib həmin kitabları təhlükəsizlik orqanlarına raport edib.
Nəticədə müvafiq idarənin məmurları müdaxilə edərək kitbaları toplayıb onların sərgidə təqdim olunmasının qarşısını alıblar.