Rəhmətlik rejissor Əsğər Yusifinijadın Azərbaycan türkcəsində “Qolçaq” filminin Təbriz şəhərindəki təqdimatı izdihamlı keçib.
Qeyd edək ki, İran hakimiyyətində Azərbaycan türklərinə qarşı cərəyanlar Qolçaq filminin Azərbaycan dilində olduğu barədə propaqandası nəticəsində filmi ekranına bir neçə il əvvəl qadağa qoyulmuşdur.
Azər Əncümən xəbər portalının məlumatına istinadən Əsğər Yusifinijadın Azərbaycan dilində ilk filmi Ev adında olub.
Bildirək ki, güneyli ssenari müəllifi və rejisor Əsğər Yusifinijad 1969-cu il Təbriz şəhərində doğulub. 2022-ci ilin sentyabr ayında beyində qansızma və infarkt səbəbindən 52 yaşında dünyasını dəyişib.