Azərbaycan filminin Moskva mükafatları

by Samir Asadli

Rusiya Federasiyasının paytaxtında postsovet ölkələrinin iştirakı ilə V Bey­nəlxalq “Moskva premyerası” kinofestiva­lı keçirilib. Sənət yarışmasında azərbay­canlı rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi “Ən yaxşı kişi rolu”na görə və Qran-pri mükafatlarına layiq görülüb. Ekran əsəri, eyni zamanda, kino tənqid­çilərinin “Qızıl kirpi” baş mükafatını qa­zanıb.

“Mərmər soyuğu” filmi “Azərbaycan­film” kinostudiyası, İctimai Televiziya (İTV), Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətinin birgə layihəsi­dir. Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və Ru­lof Jan Minnebo (Hollandiya), quruluşçu rəssamları Oqtay Namazov və Adil Ab­basov, quruluşçu rəssamı Rafiq Nəsirov, prodüseri Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seil, kreativ prodüseri İradə Bağırzadədir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK