Azərbaycan milli hərəkatı aktivistlərinə azadlıq tələbi ilə şəhərdə posterlər yayılıb

by Samir Asadli

Ərdəbil milli hərəkat aktivistləri şəhərdə poster yapışdırmaqla həbsdə olan güneyli milli aktivistlərə azadlıq tələb ediblər.

 “Azərbaycanın Milli Fəallarına Azadlıq!” başlığı ilə paylaşılmış posterlərdə Təbriz, Tehran və Ərdəbildə həbsdə olan Azərbaycan aktivistlərinin şəkilləri dərc olunaraq sərbəst buraxılmaları tələb olunub.

Posterlərdə tanınmış güneyli aktivist Abbas Lisanidən stat gətirilib.

“İranın irqçi rejimi hərtərəfli farslaşdırma və şovinist siyasəti yürütdüyü bir halda öz kimliklərini müdafiə edən azərbaycanlıları pantürkist adlandırır və həbs edir.

Azərbaycan buna susmayacaq!” – Abbas Lisani.

Cənab Lisani həmin cümləni Güney Azərbaycanın maraqları üzrə fəaliyyətlərinə görə 2005-ci ildə Ərdəbilin “İnqilab” Məhkəməsi tərəfindən mühakimə olunarkən deyib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK