Vəhid Əbhərinin ata evində keçirilən görüşdə keçmiş azərbaycanlı siyasi məhbuslar, o cümlədən, cənab Kərim İsmayılzadə, Davud Şiri, Əli Babayi, Əhməd Ağayi və Hüseyn Əmani iştirak ediblər.
Xatırladaq ki, 2024-cü il noyabrin 23-ü İran İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyatçıları cənab Əbhərinin atasının evinə basqın edərək evdə axtarış aparıb, azərbaycanlı fəalı döyərək həbs ediblər.