Güneyli aktivistlər Azərbaycan Milli Hökumətinin yaranmasının ildönümü 21 Azər (12 dekabr) münasibəti ilə bildiriş paylayıblar.
Azərbaycanın Milli Hökumətinin banisi böyük lider Seyid Cəfər Pişəvəri
“Azərbaycan Milli Hökuməti Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə il hakimiyyəti ərzində ana dilində təhsili həyata keçirib؟ نəndlilərə torpaq bölüşdürüb. Həmçinin Təbrizdə universitet və parlament təsis edilib.
Azərbaycan Demokrat Firqəsinin rəsmi orqanı Azərbaycan Qəzeti
Azərbaycan Demokrat Firqəsinin Azərbaycanın şəhərlərinə birillik hakimiyətində ilk olaraq Azərbaycan türkcəsi rəsmən təhsil dili elan olundu. Bununla da (Güney Azərbaycan) türk xalqının mədəniyyəti və dilinin məhv edilməsinin qarşısı alındı.
Azərbaycanını Milli Hökuməti zamanına aid Azərbaycan dilində qiymət cədvəli
Milli məclis, milli radio, milli ordu, Təbrizin Milli Universiteti təsis olundu, nazirliklər yaradıldı. Nəticədə Azərbaycan xalqı rasist və soyqırımı törətmiş Pəhləvi hakimiyyətinin kolonializm və istibdadından qurtarıldı.
İran deyilən siyasi corafiyanın müasir tarixində ilk olaraq Azərbaycan xalqı öz müqəddəratını təyin etmə hüququna çatdı. Azərbaycanın Milli Hökuməti əkin torpaqlarını kəndlilərə ədalətli bölüşdürüb payladı.
Artıq Təbriz radiosundan verilişlər özgə və qəsbedici fars dili ilə yayılmırdı, əksinə güclü türk dili öz gözəllikləri ilə xalqın ruhunu oxşayırdı.”-deyə bildirşdə qeyd olunub.
Bildiridə həmçinin Azərbaycanın Milli Hökumətinin çökməsi səbəblərinə toxunulub.
“Demokratiyaya, qanun hakimiyyəti və ana dilimiz türkcənin bütün Azərbaycan coğrafiyasında rəsmiyyətə keçdiyinə dözməyən Pəhləvi dövləti 1 il sonra 1946-cı ilin 12 dekabr ayında Azərbaycana ordu yürüdərək
20-25 azərbaycanlı kişi, qadın, uşaq və gənclərə soyqırımı tətbiq edib Azərbaycanca nəşr edilmiş kitabları, dərslikləri toplayaraq yandırdı.
Azərbaycanın Milli Hökümətinin ordusu Pəhləvi dövlətinin ordusu qarşısında dirənib mübarizə etsə də yeni formalaşdırığına görə dayana bilməyib bununla da Milli Hökumət çökdürüldü.
Biz şəhidlərimizi unutmayacayıq. Yaşasın Güney Azərbaycan! Alqışlar olsun azadlığa! Alqışlar olsun ədalət və demokratiyaya!”
Güney Azərbaycan Milli Hərəkatı