Azərbaycanın milli hərəkatı aktivistlərinin bayanatına fərqli anlayış verməyə uğursuz cəhd barədə

by Samir Asadli

İllər öncədən Azərbaycan cəmiyyətinin siyasət sahəsində mövcud fərqli məsələləri hələ də həll olumayıb.

Azərbaycanın milli hərəkatı aktivistlərinin bu məsələləri qaldırmağa cəhdlərinə rəğmən onlar üst-üstə yığışıb qalmaqla artıq böyük həcm təşkil edir. Lakin bu məsələlərə etinasız yanaşılarsa Azərbaycan cəmiyyətinin bütün sosial təbəqələrinin yekdil qarşıya qoyduqları məqsədlər üçün hər hansı fayda ilə nəticələnməyəcək, hətta bu məsələlər daha geniş miqyas alaraq aktivistlərin sair fəaliyyətlərinə qarşı ciddi problemə çevriləcək.

Ona görə də bir müddət öncə Azərbaycanın milli hərəkatı aktivistləri tərəfindən  bəyanat verilməklə bildiriblər ki, həmin məsələlərin qaldırılması üçün ümumi və aydın olmayan ifadələr əvəzinə məsələyə açıq yanaşılmalı və həll olunmalıdır.

Bəyanatı çıxaranların bəyanatda bildirilən fikir məşğulluqları olan məsələlərinə qarşı cəncəl törətmə, məsələləri şəxsi səviyyəyə endirmə və əlaqədar olmayan sözlərin ifadə olunduğunu müşahidə edirik. Məqsəd isə həmin bəyanatın yekun məqsədi və mesjının ictimaiyyətə çatdırılmasının qarşısını almaq və yaxud onu dolaşdırmaqdır.

Bəyanata qarşı bu tərz yanaşanlar, emosiyalı atmosfera yaratmağa cəhd edərək, milli hərəkatın qarşıya qoyduğu məqsədlər deyil onların hər hansı irəli sürdükləri məsələnin üstün tutulmalı olduğunu bildiriblər.

Bu qeydlərə istinadən mən bəyanatı imzalayanlardan biri kimi bəyanatın mesajını qısaca açıqlamağa, həmçinin primitiv məsələləri damğa vurmaqla şübhə altına almağa çalışanlara yenidən qeyd etməyə cəhd edəcəyəm.

Bəyanat yayılandan sonra bəziləri bu bəyanatı ölkə daxilində aktivistlərlə xaricdəki aktivistlər sırasında düşmənçilik törətməyə cəhd kimi göstərməyə çalışaraq onu qınayıb tənqidi yazılar yazıblar. Lakin az da olsa hərəkat abrədə məlumatlı olan hər hansı insaflı və sədaqətli bir şəxs yaxşı bilir ki, sosial hərəkatlara lazım olan əsas məsələlərdən biri Azərbaycanda kəskin represiya və basqı olduğuna görə daxili aktivistlərin səsi olmaq və xalqımıza tətbiq edilən zülmü dünyaya daha da aydın çatdrımaq üçün xaicdə güclü diasporaya malik olmaqdır. Bu məsələ isə bir neçə ildir ki, ölkədaxili aktivistlərin əsas şikayətlərindən biri olaraq xaricdə yaşayan aktivistlərin, xüsusilə də bəyanatda xitab olunan 4 qurupun bu məsələ barədə çatışmazlıqla davranmaları və qüsurlu funksiyaları olmuşdur.

Bəyanat çıxarılandan sonra milli aktivistlərin sırasında  fərqli yanaşma müşahidə olunaraq bəyanatı tənzim edənlərin təşkilatlanmağa qarşı olduqları iddia olunmuş və bununla da onun məqsədinin təşkilat formasında fəaliyyət göstərilməsinə deyil şəxsiyyəçiliyə üstünlük verilməsi olduğunu göstərəməyə cəhd ediblər.

Azərbaycanın həll olunmaz qaldığı əsas məsələlərindən biri Azərbaycanın siyasi aktivistləri üzrə quru ada malik olmaqla deyil həqiqi mənada funksional təşkilatın olmadığıdır. Bu məsələ ötən vaxtlarda həmin növ bayantların çıxarılmasına əsas səbəblərdən biri olmuşdur. Həqiqi mənada funksional təşkilatın olmadığına görə onların fəaliyyətlərində qüsurlu və eybəcər proseslər oluşaraq funksiyalarına uzlaşmayan və danılmaz səhvlər müşahidə olunur.

İddia etdikləri ən primitiv məsələləri belə özləri də başa düşməyə aciz olan şəxslərin irəli sürdükləri ittihamları da bir o qədər əsasızdır. Bu yazıdan məqsəd gerçək anlamda deyil ancaq kağız üzrə təşkilat sayılan həmin təşkilatların 1, 3 və yaxud 4 nəfərlik üzvlərinin sayını müzakirə və yaxud iddialarına görə 13 illik təşkilat stajına malik olduqlarını, habelə bu illər ərzində müxtəlif sahələrdə bir nəfər olsun belə mütəxəssis orta çıxara bilmədikləri vəya hətta öz tərkiblərinə yeni bir sima artıra bilmədikərini, habelə həmin illərdə özlərinin sosial mövcudluq əsaslarını təqdim edə bilmədiklərini tənqid etmək deyil. Onlar mütəxəssis kadırlar becərtmək yöndə lazım olan ən cüzi işi də görə bilməyiblər. Bu əsasla demək olar ki, həmin bayantı imzalayanlar onların iddia etdikləri təşkilat formasında fəaliyyət göstərmək və təşkilatlanmağa qarşı deyillər və bəyanatda xitab olunan təşkilatlar sırf bəyanatlar yaymaq və nəticəsiz çağırışlardan savayı qeyd oluna biləcək başqa bir fəaliyyət balansına və stajına malik olmayıblar.

Anlayışlara əsasən partiyalar və qrumlar sosial bazaya malik olmalıdır. Məqsəd isə öz sosial bazalarından yararlanmaqla qurumun üzvləri və partiya arasında orqanik əlaqənin oluşdurulmasıdır. Belə ki, qurumun üzvləri həmin bazadan biliklər əldə edərək onları rəvac verir, məqsəd isə üzvlər tərəfindən cəmiyyətin içindən doğru anlayışları, tələblərini bilməkdir. Bu məsələ isə bəyanatın xitab etdiyi həmin təşkilatlarda əsla yoxdur. Həmin 4 qrupun sosial bazalarının olmadığı bizim üçün müzakirə mövzusu deyil. Lakin qeyd olan təşkilatlar formatında iştirak edən şəxslər Azərbaycanın şəhərlərinin aktivistləri ilə belə əlaqəyə malik deyillər.

Onların faciəvi durumlarını bilmək və toxunmaq üçün bir məsələni qeyd etmək yetər. Təşkilat fərz olunan  həmin 4 qrup hətta mənim yaşadığım Ərdəbil şəhərində 1 nəfərə belə əlaqədə olsadılar 27.08.2023-cü il tarixdə toplaşmağa  çağırışları üçün virtual məkanda nəşr etdikləri posterlərdə toplaşmağa təklif etdikləri məkanın ünvanı doğru olardı və “Şəriəti Meydanı” əvəzinə “Şəriəti Dördyolu” yazmadılar. Başqa bir məsələ də budur ki, onlar Tehran şəhərinin aktivistləri ilə əlaqələri olsaydılar bilərdilər ki, təklif etdikləri “Tehranın İmam Hüseyn Meydanı” adına məkan, o qədər böyük sahədir ki, hətta mərkəzəmeyilli opozision belə həmin məkanı etirazçılarla doldurmağa qadır olmadıqları və toplaşmanın az görünəəcəyi güman olunaraq və sair səbəblərə görə toplaşmalarını həmin məkana təyin etmirlər.

Həmçinin dostlardan bir sırası “bəyanatın dilini milli dilimiz Azərbaycan türkcəsi dilində niyə olmadığı” barədə düzgün analizə malik deyillər. Bununla əlaqədar izah olaraq bildirim ki, bəyanatda xitab olunanlar ancaq Azərbaycanın xalqı və milli aktivistləri deyil. Belə ki, sair xalqları təmsil edən qruplar və təşkilatlar da bəyanatın adresatlarıdır. Bu səbəbdən həmin tənqid doğru sayılmır.

Azərbaycan xalqının istəyinə zidd olaraq açıq əllik göstərməklə milli mənafedən bağışlamaq və imtiyaz vermək istəyənlər, həmçinin qruplarının istəklərinə çatmaq üçün Azərbaycan xalqına imtiyazlar vermək istəməyənlər əsla Azərbaycan xalqının təmsilçisi deyil və ola bilməzlər.

Digər tərəfdən bir sıra şəxsər həmin bəyanatın dil məsələsini belə tənqid edirlər ki, bəyanatın dili Azərbaycan türkcəsində olsaydı irəli sürülmüş tənqidlər öz aramızda qalardı və necə deyəllər ailə məslələri öz dilimizdə irəli sürülməlidir və bunu aşmaq bağışlanmaz bir günahdır. Güya təhlükəszilik məmurları və yaxud İranda sair xalqların təşkilatlarını təmsil edənlər Azərbaycan türkcəsində olan bəyanatı başa düşməyə qadir deyillər. Lakin bu tərz yanaşma yalnız sadəlövhlük deyil həmçinin bəyanatda irəli sürülmüş tənqdiləri həmin 4 qrupun üzərindən başqa yola yönəltməkdir.

Azərbaycan xalqına ürəkləri yandığına əsla şübhə olmayan Azərbaycanda yaşayan bır sıra dostlar və milli aktivistlər qeyd olan 4 qrupun zəyifliyinə, təkbaşınalıqlarına, özlərini əsas götürdüklərinə, milli mənafeyi öz və qrup mənafelərinə üstün tutmadıqlarına və sair bu kimi məsələlərin üzərində dayanmaq əvəzinə məsələnin mövzusunu uğursuz olacaq başqa istiqamətə yönəltməyə cəhd etmək istəyirlər.

Bugünkü emosional atmosferada bəlkə də ən əsas priorotet tutacağımız məsələ fəaliyyətlərimizi katalizator kimi yüksəldən sualları cavablandırmaqdır. Bu sullar isə bir neçə ildir ki, əndişələnənləri düşündürür və Azərbaycan xalqının “Qızıl Almaya” çatması itiqamətində daşlarla dolu yolunda problemlərdir.

Sullar belədir:

Azərbaycandan və İrandan kənarda yaşayan milli aktivistlərin rolu necə olmalıdır?

Klassik və müasir kriteriyalara uzlaşa və Azərbaycan xalqını təmsil edə, habelə onlara qurum, təşkilat və yaxud partiya deyilə bilən bir kolleksiya varmı?

Yoxdursa bunun reallaşmadığına hansi amillər səbəb olub?

Ancaq bir şəxsi, 2 və yaxud 3 şəxsi  qurum  və onlara qarşı çıxmağı təşkilat formasında fəaliyyət göstərməyə qarşı çıxmaq kimi hesab etmək olarmı?

Görəsən Azərbaycandan kənarda olan həmin 4 qurum Azərbaycan torpaqlarına iddiası olan kürd təşkilatları və yaxud Mücahid Təşkilatı kimi müxalif təşkilatlatlarla və yaxud şahçılıq sistemini tələb edən quruplarla danışıqlar etməyə legitimlikləri varmı?

Görəsən qeyd olunan qruplar daxildəki aktivistlərlə məsləhətləşmə və koordinasiya etməməklə Azərbaycanın milli hərəkatı simgələrinə dayanaraq hansısa çağırışlarla xalqı küçələrə toplaşmağa dəvət edə bilərlərmi və bu dəvətləri Azərbaycan xalqı tərəfindən alqışlanmadığı və bu dəfə də dəfələrlə laqeyd yanaşdıqları təqdirdə belə bir əməllərin təkrar olunmaması üçün hansısa bir mexanizmi düşünüblərmi?

Bu mətni yazanın fikrincə Azərbaycanın milli hərəkatı cəm və bigər ağılla, habelə təkbaşınalıqdan çəkinərək irəliləməlidri və bu önəmli məsələni pozan hər hansı əməl indidən diktatorluğa zəmin yaratmaqdır.

Əsgər Əkbərzadə

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK