“İndiki metodlarla davam etsək, Azərbaycanın xalça sənayesi məhv olma mərhələsinə keçəcək.”-deyə Əhəd Əzimzadə bildirib
“Xalça sənətinin vəziyyəti yaxşı deyil. Xalça sahəsində fəaliyyət göstərənlərin, tacirlərin, həmçinin məsulliyyət daşıyan dövlət rəsmilərinin iştirakı ilə mütəxəssis iclasları keçirilməli və vəziyyətdən çıxış yolları axtarılmalıdır.
Hazırda xalça tacirlərinin peşə dəyişdirmələri ilə ölkədən nəhəng kapitalların çıxdığını müşahidə edirik.”-deyə Əzimzadə açıqlayıb.
Xalça taciri həmçinin dövlətin xalça sənətini öz halına buraxdığını vurğulayıb.
“Bu sahədə fəaliyyət göstərənlər haqlı tələblərinə çata bilmək üçün bir olmalı və xalça sahəsində mövcud problemlər üzrə koordinasiya ilə hərəkət etməlidirlər.” – deyə Komissiyanın sədri qeyd edib.