Azərbaycanlı dirijor Dağıstanın xalq artisti oldu

by Samir Asadli

Azərbaycan əsilli dirijor Mirzə-Ağa Əsgərov Dağıstanın xalq artisti olub.

Axar.az xəbər verir ki, bu barədə sözügedən ölkənin rəhbəri Sergey Melikov fərman imzalayıb.

O, mədəniyyətinin inkişafında xidmətlərinə və uzun illər ərzində səmərəli fəaliyyətinə görə fəxri ada layiq görülüb.

Qeyd edək ki, Mirzə-Ağa Əsgərov Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universitetin nəzdində fəaliyyət göstərən xorun baş dirijorudur.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK