Tehranda yaşayan güney azərbaycanlı ictimai fəal və insan haqları müdafiəçisi Yaşar Təbrizi Evin həbsxanasının təhlükəsizlik bölməsinə köçürülüb.
Bildirilib ki, sentyabrın 18-i günortadan sonra Yaşar Təbrizi ailəsi ilə qısa telefon danışığında həbsxananın 240-cı bölməsi adlandırılan təhlükəsizlik bölməsinə köçürüldüyünü deyib.
Qeyd edək ki, keçmiş siyasi məhbus Yaşar Təbrizini sentyabrın 14-ü axşam saatlarında Təbrizdə təhlükəsizlik məmurları həbs edib.
Bundan əvvəl ictimai fəaliyyətlərinə görə dəfələrlə həbs edilən Yaşar Təbrizi barəsində avqustun 27-də “hökumətə qarşı təbliğat” ittihamına görə bir illik həbs qərarı çıxarılıb.