Tanınmış ictimai fəal və keçmiş siyasi məhbus Yaşar Təbrizi sentyabrın 14-ü axşam saatlarında Təbrizdə təhlükəsizlik məmurları tərəfindən həbs edilərək naməlum yerə aparılıb.
“Təbrizin Əmir əl-Möminin meydanında Yaşarın avtomobili saxlanılıb. Avtomobildə axtarış aparılıb, onun və həyat yoldaşının mobil telefonları götürülüb və Yaşar naməlum yerə aparılıb”,- məlumatda qeyd edilib.
Qeyd edək ki, bundan əvvəl ictimai fəaliyyətlərinə görə dəfələrlə həbs edilən Yaşar Təbrizi barəsində avqustun 27-də “hökumətə qarşı təbliğat” ittihamına görə bir illik həbs qərarı çıxarılıb.