Güney Azərbaycanın Mərənd şəhərindən olan gənc paralimpiya idmançısı Zəhra Rəhimi türk dilində İran Prezidenti Məsud Pezeşkiandan paralimpiyaçılar üçün ədalət istəyib.
Bu barədə Günaz.TV məlumat yayıb.
Məlumata görə, Güney Azərbaycanın para-tekvondoçusu Paris Oyunlarında medal qazanan idmançıların mükafatlandırılması mərasimində prezidentə ədalət çağırışı edib.
“Olimpiya və Paralimpiya oyunlarına baxışınız eyni olmalıdır” – deyə o bildirib.