Azərbaycanlı jurnalist İbrahim Savalanın azad edilməsinin qarşısı alınıb

by Samir Asadli

Xiyav raoyun prokurorluğu Jurnalist İbrahim Rəşidinin (Savalan) müvəqqəti azad edilməsinə qərar çıxarılıb. Lakin ona qarşı açılmış iş üzrə hakim qərara qarşı çıxıb.

Ailəsi onun müvəqqəti azadlığa buraxılması üçün tələb olunmuş 500 milyon tümən dəyərində mülk sənədini təzminat kimi qoyub.

Lakin Xiyav (hazırkı Meşginşəhr) rayonu Ümumi Məhkəməsi Birinci Şöbəsinin hakimi işin tamlaşmadığı bəhanəsi ilə həmin qərarı ləğv edib.

İbrahim Savalan bir ay əvvəl yaxın qouhmları ilə icazə verilmiş əlaqə saxlamaqla onun barəsində “İslam Respublikası sisteminə qarşı təbliğat” və “ictimaiyyət düşüncəsini çaşdırmaq məqsədi ilə yalanlar yaymaq” ittihamları elan olunduğunu və 1 ay həbsdə saxlanılacağını bildirib.

Hal hazıradək ona ailəsi ilə görüş, həmçinin vəkillə təmin olunmasına icazə verilməyib.

Xatırladaq ki, İrbarim Rəşidi (Savalan) ötən ilin dekabr ayının 30-u Xiyav rayonu Mirkəndi kəndində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. Güney Azərbaycan Ərdəbil Əyaləti Təhlükəsizlik İdarəsində instintaqa çəkiləndən sonra yanvar ayının 27-də Xiyav rayonu Mərkəzi Həbsxanasına köçürülüb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK