Azərbaycanlı jurnalist və aylıq “Azər Tribune” jurnalının baş redaktoru Şəms İsmailzadə doqquz aylıq həbsdən sonra 2025-cü il martın 11-i çərşənbə axşamı Təbriz zindanından azad edilib.
Bu azərbaycanlı jurnalist “qruplaşmaya üzv olmaq” və “rejim əleyhinə təbliğat aparmaq” ittihamları ilə mühakimə olunub və 9 ay həbs cəzasına məhkum edilib.
Xatırladaq ki, Şəms İsmailzadə bundan əvvəl, 2022 etirazları zamanı özünün İnstaqram səhifəsində eyləmlərə çağırış etdiyinə görə həbs edilmiş və 9 ay həbs cəzasına məhkum edilmişdi.