Azərbaycanlı məhbusun durumu yenidən ağırlaşdı

by Samir Asadli

Tehranın Evin həbsxanasında saxlanılan və bir neçə xəstəlikdən əziyyət çəkən güneyli işçi hərəkatı fəalı Rza Şəhabinin vəziyyəti yenidən ağırlaşıb.

Bu barədə həbsxanadakı mənbələrə istinadla insan haqları fəalları məlumat yayıb.

Bildirilib ki, sağ ayağında şiddətli ağrılar və uyuşma olan azərbaycanlı fəal kamera yoldaşlarının yardımı ilə hərəkət edə bilir.

Bununla yanaşı onun onurğa sütunundakı ağrılardan da əziyyət çəkdiyi, durumunun get-gedə pisləşdiyi deyilib.

Həbsxananın tibb məntəqəsinin həkimləri onun həbsxanadadan qıraq xəstəxanada müalicəsini tövsiyə etsələr də, həbsxana rəgbərliyi buna imkan vermir.

Bir neçə gün əvvəl isə həmin vəziyyəti də nəzərə alaraq, Beynəlxalq Əfv Təşkilatı Rza Şəhabi ilə bağlı bəyanat yayaraq, onun qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.

Qeyd edək ki, 2022-ci il mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir.

O, “hökumətə qarşı təbliğat” və “ökənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq”da ittiham edilərək, 6 il azadlıqdan məhrum edilib.

Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. Həbs edildiyi zaman məmurlar tərəfindən döyüldüyünə görə fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət alıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK