Urmu şəhərindən İran parlamentinə iki kürd namizədin seçilməsindən sonra Azərbaycana qarşı yenidən ərazi iddiaları səsləndirilib.
O, növbəti dəfə millət vəkili seçildikdən sonra ilk çıxışında Qərbi Azərbaycan və Urmu barədə danışıb.
“Qərbi Azərbaycana, Urmuya başq fikirlə yanaşanlara, başqa gözlə baxanlara deyirəm, onların qarşısında dayanıb, Azərbaycanın hüquqlarını, Qərbi Azərbaycan və Urmiyanın torpaq bütövlüyünü qoruyacağam”, millət vəkili xəbərdarlıq edib.
Qeyd edək ki, Urmu şəhərindən İran parlamentinə seçilən 3 namizəddən ikisi miliyyətcə kürddür.
Hakim Mamakan və Şəhin Cahangirinin qalib elan edilməsindən sonra kürdlər Urmuda fərmandarlıq binası qarşısında şənlik aksiyası keçirib, “Urmiya Kürdüsttandır” şüarları səsləndiriblər.
Urmu, Sulduz, Makı və başqa bir neçə şəhərdə kürd namizədlərin qalıb gəlməsi üçün total saxtakarlığa yol verildiyi bildirilib.
Başqa bölgələrdə yaşayan kürdlər qruplar halında adı çəkilən şəhərlərdə səs veeməyə gətiriliblər.