Azərbaycanlı milyonçunun Rusiyadakı tarixi binası dağıdılır – VİDEO

by Samir Asadli

Rusiyanın Stavropol şəhərində vaxtilə Azərbaycanlı mesenat, xeyriyyəçi, “un kralı” kimi tanınan Ağabala Quliyevə məxsus tarixi əhəmiyyətli dəyirman tamamilə dağılmaq üzrədir.

 

Bu barədə Bakupost.az -a açıqlamasında Stavropolda yaşayan həmyerlimiz Mirzəyev Məhərrəm Məhəmməd oğlu bildirib.
52 ildir Stavropolda yaşayan Məhərrəm Mirzəyevin sözlərinə görə, yerli azərbaycanlılar abidəni xilas etməyə çalışsalar da, bunun üçün maddi imkanları yoxdur:
“Bu tarixi dəyirman 1908-ci ildə tililib. Hazırda dövlət qoruğu elan olunub. Ancaq bina tam yararsız vəziyyətə düşüb. Onun təmirinə ciddi ehtiyac var. Azərbaycanın dəyərli oğulları, xeyirxah insanları, iş adamlarından xahiş edirəm ki, onun təmirinə dəstək olsunlar. Bu tarixi binanı təmir edib Azərbaycanın milli, mədəni mərkəzinə çevə bilərik. Şəhərin tam mərkəzində, 10 sot ərazidə yerləşən binanın ümumi sahəsi 950 kvadrat metrdir”.

M. Mirzəyev bildirib ki, məsələ ilə bağlı Stavropolda müvafiq qurumlara da müraciət edib:
“Onlar da deyirlər ki, icarəyı götürüb təmir edə bilərsiniz. Burada müraciət etdiyimiz azərbaycanlılardan heç kim yaxın durmur. Hamı deyir ki, imkan yoxdur. Bu tarixi bina başqa millətə aid olsaydi, onlar çoxdan onu təmir etmişdilər. Mən bu məsələ ilə əlaqədar Azərbaycan Mədəniyyət Nairliyinə, millət vəkillərimizə də müraciət etmişəm. Təəssüf ki, heç bir müraciətimə cavab verilməyib”.
Qeyd edək ki, yerli azərbaycanl fəallar binanın üzərinə “mən sənin laqeyidliyin üzündən dağılmışam” sözləri yazılan plakat da vurublar. Bu üsulla onlar tarixi abidəyə diqqət çəkməyə çalışsalar da, bu da bir nəticə verməyib.
Xatırladaq ki, tarixi əhəmiyyətli buxar çarxlı dəyirman binası 1902-ci ildə Stavropolun Yarmarka Meydanının cənub tərəfində Maykop taciri İvan Baranov tərəfindən tikilib və o dövrdə ən məhsuldar və qabaqcıl texnologiya ilə təchiz olunub.
1908-ci ildə dəyirmanı bakılı milyonçu, Qafqaz Səhmdar Cəmiyyətinin təsisçisi Ağabala Quliyev alıb və onu tamamilə yenidən qurub. Baranov bu obyektdən imtina etmək istəməsə də, lakin təklif olunan məbləğ onun tərəddüdlərini aradan qaldırıb. Ağabala Quliyev dəyirman üçün ona 350 min gümüş pul ödəyib. Bu, o dövr üçün fantastik məbləğ idi.
Azərbaycanlı metsenat dəyirmanı aldıqdan sonra mühəndis Savitskinin layihəsinə əsasən, 8000 ton taxıl üçün dəmir-beton elevator tikdirib, burayaa dəmir yolu xətti çəkdirib. Ağabala Quliyev o zaman dəyirmanın qazlaşdırılması üçün amerikalı mütəxəssisləri də dəvət edib. Bütün bu işlərin büdcəsi o dövr üçün rekord məbləğ idi: yenilənmiş dəyirmanın ümumi dəyəri 351.950 gümüş rubl təşkil edirdi. Dəyirmandan bir qədər aralıda Quliyev xırda ticarət üçün yarmarka açıb.
Vaxt keçdikcə dəyirman daha da məşhurlaşıb və ən tanınan yerlərdən biri kimi Stavropolla bağlı nəşr olunan açıqçalarda yer aldı. Yeri gəlmişkən, bu bina, açıqçalarda əks olunmasına icazə verilən yeganə sənaye müəssisəsi idi.
Mütəxəssislərin fikrincə, milyonçu Quliyev perspektivli mülklər alırdı və dəyirman məsələsində də düzgün qərar vermişdi. Onun məqsədi istehsalı Stavropoldan Orta Asiyaya yaymaq idi.
Quliyevin dəyirmanı ağır sınaqlardan keçib. Böyük Vətən Müharibəsi illərində dəyirmanın bir hissəsi zədələnib. 1960-cı illərdə isə buradakı elevator, daha sonra isə üst tikililərdən biri sökülüb.
Dəyirman 1990-cı illərin sonlarına kimi fəaliyyət göstərib – onun binasında 4 saylı çörək zavodu yerləşirib. Müəssisə bağlandıqdan sonra bina 2013-cü ilədək Stavropol çörək zavoduna məxsus olub. Lakin baxımsızlıq, vandalizm aktları onu acınacaqlı vəziyyətə salıb. Zaman-zaman abidə hissə-hissə sökülüb, yerli sakinlər buradan kərpic və üzlük daşlarını çıxarıb aparıblar.
Stavropol rəhbərliyi bir ara onun tamamilə sökülməsini istəyib. Bildirilib ki, o, mədəniyyət obyekti deyil və memarlıq nöqteyi-nəzərindən guya xüsusi dəyəri yoxdur. Ancaq 2022-ci ildə hər şey dəyişib. Dəyirman mədəni irs obyektləri siyahısına daxil edilib. Buna baxmayaraq, status müvəqqətidir. Məsələ ilə bağlı dövlət tarix-mədəniyyət ekspertizası rəy verməlidir. Əgər belə bir rəy verilsə, bina Vahid Dövlət Reyestrinə daxil edilən mədəni irs obyektləri ilə bərabər dövlət mühafizəsinı alınacaq.
Zaur
BakuPost

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK