Parisdə “Grand Palais Ephemere”də (Böyük Saray) beynəlxalq “ART EN CAPITAL 2024” müasir incəsənət sərgisi açılıb.
Tanınmış Azərbaycan rəssamı Vidadi Nərimanbəyovun işinin davamçısı olan rəssam soydaşımızın da sərgidə əsərləri nümayiş olunur. Artıq 3 ildir bu sərgidə iştirak edən N.Nərimanbəyova bu il digər əsərləri ilə bərabər, nəvəsinə həsr etdiyi “Tariel – balaca Harri Potter” adlı yeni rəsmi də təqdim edib.
Qeyd edək ki, N.Nərimanbəyova 2016-cı ildə Fransa Milli Mədəniyyət Federasiyası Müstəqil Fransa Rəssamlarının məşhur “Payız Salonu”nun “TOILE D’OR” ali mükafatına layiq görülüb.
Beynəlxalq “ART EN CAPITAL 2024” müasir incəsənət sərgisində nümayiş olunan əsərlər Fransa Rəssamlıq Akademiyasının üzvlərindən ibarət böyük münsiflər heyəti tərəfindən seçilib. Bu, ən nüfuzlu peşəkar incəsənət sərgisidir.