Azərbaycanlı rəssamın Ginnes rekordu

by Samir Asadli

“Ginnesin rekordlar kitabı” dünyada ən məşhur qaynaqlardan nəşrlərdən sayılır. Ötən il bu nəşr 100 milyondan artıq tirajla satılıb.

Oraya bir neçə azərbaycanlı da düşə bi­lib. İlk düşən isə Fəxrəddin Vəliyev olub. Belçikada yaşayan rəssam həyatının 25 ilini qrafika sənətinə həsr edib. Fəxrəd­din Vəliyev Sumqayıtda boya-başa çatıb. Həmyerlimiz 1992–1995-ci illərdə Afina­da və İstanbulda fərdi sərgilər təşkil edib, 2003-cü ilin dekabrında “Belqium” muze­yində Belçika kraliçasının rəsmini çəkib. Kraliça isə ona məktub vasitəsilə təşək­kürünü bildirib. Qeyri-adi qabiliyyəti olan rəssam 2004-cü ildə 5 dəqiqəyə 20 nəfərin siluetini çəkməklə rekord qazanıb.

Fəxrəddin Vəliyev Azərbaycanın Bel­çikada tanınması üçün də xeyli işlər görüb. O, hazırda bu ölkədəki Avropa–Azərbay­can diaspor mərkəzinin vitse-prezidentidir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK