Azərbaycanlı rejisorun fəaliyyətinə qadağa qoyulub

by Samir Asadli

Bir neçə ay öncə icrasının qarşısı alınmış “Şəhriyar” tamaşasının yazaıçısı və rejisoru Vəli Lütfduxt İrşad İdarəsi tərəfindən 2 ilədək fəaliyyətinə qadağa qoyulub.

“Şəhriyar” tamaşası Azərbaycanın böyük şairi “ustad Şəhriyar” kimi tanınan Seyid Məhəmməd Hüseyn Behcət Təbrizinin həyatının eniş-yoxuşları barədə hazırlanıb. Tamaşda rollar “Turannur Teatr Qrupu” tərəfindən canlandırılıb.

عکس نمایش شهریار

Qeyd edək ki, Dr. Vəli Lütfduxt bu tamaşası barədə əvvəllər cəlb olunaraq açılmış iş Ümumi Prokurorluğa göndərilib. Bir müddət sonra vəsiqə qoyuluşu ilə məhkəməyə qədər sərbəst buraxılıb. Hal hazırda onun işi İnqilab Məhkəməsinə göndərilib.

Rejisorun yaxınlarının bildirmələrinə əsasən bu barədə mediaya məlumat ötürülməmək üçün ona, İrşad və Təhlükəsizlik idarələri tərəfindən təzyiq göstərilib.

Xatırladaq ki, cənab Vəli Lütfduxt, o cümlədən “Məlik Məmməd” və “Şəhriyar” adında  azərbacyanca bir neçə tamaşası olub.

Rejisor Azərbaycan dilində incəsənət fəaliyyətlərinə görə təhlükəszilik orqanları tərəfindən əvvəllər dəfələrlə təzyiqə və təqibə məruz qalıb.

Taymaz

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK