Tehranda yaşayan azərbaycanlı vəkil Məhəmmədrza Fəqihi məhkəməyə çağırılıb.
Ona qarşı “ictimai asayişi pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamının irəli sürüldüyü bildirilib.
Fəqihi 2022-ci il oktyabrın 12-də Tehranda vəkillərin “etirazçıların hüquqlarının və İran Konstitusiyasının 27-ci maddəsinin pozulmasına” etiraz olaraq keçirdikləri aksiyada iştirak etdiyinə görə həbs edilmişdi.
Qeyd edək ki, Məhəmmədrza Fəqihi bundan öncə bir sıra milli fəalın, o cümlədən Abbas Lisaninin də müdafiəçisi kimi çıxış edib.