“Azəriqaz”dan millət vəkilinə sevindirici cavab: kəndlər qazlaşdırılacaq

by Samir Asadli

Millət vəkili Sabir Rüstəmxanlı Nefçala rayonunun Yeniqışlaq və Yardımlı rayonunun Hamarkənd kəndinin qazlaşdırılması ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə ünvanladığı müraciət cavablandırılmışdır. “Azəriqaz” İstehsalat Birliyinin Baş Direktoru Ruslan Əliyevin imzası ilə millət vəkilinə ünvanlanan cavab məktubunda bildirilir ki, cari ildə Neftçala rayonunun Beştalı və Mirzəqurbanlı kəndlərində qazlaşdırma işləri tamamlanmış, rayonun digər yaşayış məntəqələrinin, o cümlədən Yeniqışlaq kəndinin qazlaşdırılması məsələsinə maiyyə imkanları çərçivəsində baxılacaqdır. Eyni zamanda Yardımlı rayonunun Hamarkənd kəndinin daşıyıcı və paylayıcı qaz kəmərlərinin tikintisi “azəriqaz” İstehsalat Birliyinin 2024-cü ilin kapital qoyuluşu proqramına daxil edilmişdir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK