Azəroğlu Təbriz həbsxanasına köçürüldü

by Samir Asadli

Bir neçə gün əvvəl təhlükəsizlik məmurlarının təbrizli milli fəal həbs etdiyi İbrahim Asimani (Azəroğlu) Təbriz həbsxanasına köçürülüb.

Bu barədə onun yaxınları məlumat verib.

Bildirilib ki, Təbrizin təhlükəsizlik idarəsinin təcridxanasında saxlanılan fəal dindirildiyi zaman döyülüb, işgəncə edilib.

Onun nədə ittiham olunduğu və həbs səbəbi barədə ailəsinə məlumat verilməyib.

Qeyd edək ki, İbrahim Asimani sentyabrın 24-də azərbaycanlı yazıçı və jurnalist Zöhrə Vəfayinin Təbrizin Vadi Rəhmət qəbristanlığında keçirilən dəfn mərasimində həbs edilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK