Babək Muğanlı: “İranın hazırkı rejimi belə qanunpərəstdirsə, o zaman Ruhanidən əvvəl Əhmədinejada, nazirlərə cinayət işi açılmalıdır”

by Samir Asadli

“İran rejimi də etirazların böyüməsinə imkan verməmək üçün Ruhaniyə cinayət işini ssenariləşdirib”.

Bu fikirləri İranın sabiq prezidentin Həsən Ruhaniyə qarşı cinayət işi açılmasının səbəblərindən danışan Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ruhaniyə qarşı cinayət işinin açılması molla rejiminin ölkə əhalisinin diqqətini əsas problemlərdən yayındırmaq məqsədi daşıyır:

“Birbaşa deyə bilərik ki, Ruhaniyə qarşı cinayət işinin açılması oyundan başqa bir şey deyil. Bildiyiniz kimi, yaxınlarda Məhsa Əmininin qətlə yetirilməsinin bir ili tamam olacaq. Eyni zamanda, Təbriz də daxil olmaqla, İranın iki yüzdən çox şəhəri susuzluqdan əziyyət çəkir.

İran hakimiyyəti də əhalinin diqqətini bu problemlərdən yayındırmaq üçün Ruhaniyə cinayət işinin açılmasına qərar verib. Bu rejim belə qanunpərəstdirsə, o zaman Ruhanidən əvvəl Əhmədinejada, nazirlərə cinayət işi açılmalıdır. Ancaq onun hakimiyyət dönəmində talanan külli miqdarda dövlət vəsaitinin heç adını da tutan yoxdur. Xatıırladım ki, İranın özündə Ruhanini həm də “tülkü” ləqəbi ilə tanıyırlar, onu elə adlanddrırlar.

Xatırladım ki, Ruhaninin qardaşı da bir müddət əvvəl dövlət pulunu mənimsəmə ittihamı həbs edilib. Lakin onun adı həbsdədir, özü isə sərbəst şəkildə gəzib dolaşır. Yəni bunların məqsədi qanunçuluq deyil. Dediyim kimi, su problemi sön dərəcə ciddiləşib. Təbrizdə də bununla bağlı etirazlar baş qaldırıb. İran rejimi də etirazların böyüməsinə imkan verməmək üçün Ruhaniyə cinayət işini ssenariləşdirib, başqa bir şey yoxdur”.

A.Zeynalov

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK