İraqın paytaxtı Bağdadda 28 May – Müstəqillik Günü münasibətilə ən hündür binalarından birində Azərbaycan bayrağı proyeksiya edilib.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov X hesabında paylaşım edib.
“Azərbaycan Respublikasının milli bayramı, 28 May – Müstəqillik Günü münasibətilə Bağdadın ən hündür binalarından birində dövlət bayrağımız işıqlandırılıb. Təşəkkürlər İraq!”, – deyə paylaşımda qeyd olunub.