Bağır Xanın tarixi evi hələ də acınacaqlı vəziyyətdədir

by Samir Asadli

Şərqi Azərbaycan Əyalətinin Mədəniyyət İrslər, Əl Sənayesi və Turizm Baş İdarəsinin direktoru bir sıra problemlər həll olunmayanadək “Milli Saların” evinin bərpasının mümkün olmayacağını deyib.

“Bağır Xanın evinin ümumi sahəsi 1850 kvadrat metrdir. İranın Mədəniyyət İrsləri, Əl Sənayesi və Turizm Təşkilatı evin əsaslı bərpa-təmir işləri üçün vəsait ayırsa da, əsla yetərli deyil.

Ona görə də bu işlər üçün evin idarəmiz tərəfindən varislərdən alınıb yiyələnməsi mümkün olmur. Həmçinin Bağır Xanın 32 varisindən 4 nəfərinin evin satılmasına razılığı hələ həll olunmayıb.

Bu məsələlər qaldırılan kimi Təbriz Bələdiyyəsi ilə birgə bu tarixi məkanın təmiri və bərpasına başlayacayıq.”-deyə İdarənin baş direktoru Əhməd Həmzəzadə vurğulayıb.

242px-Bagherkhan.jpg
Bağır Xanın evi Təbrizin tarixi Xiyaban məhəlləsinin Salar Dərbəndində yerləşir. Ev, Təbriz Məşrutəçilərinin 11 aylıq müharibələri zamanı müdafiə cəbhəsi olaraq istifadə olunub.

Bağır Xan, Xiyaban məhəlləsi mücahidlərinin başçısı, Səttar Xanın silahdaşı və yaxın məsləkdaşı olaraq Məşrutə Hərəkatında çiyin-çiyinə döyüşüblər.
250px-TabrizRevolutionaries.JPG

İran xalqları tərəfindən Səttar Xan “Milli Sərdar”, Bağır Xan isə “Milli Salar” ləqbləri ilə tanınırlar.

Təəssüflə müvafiq qurumların laqeydlikləri səbəbindən evin böyük bir sahəsi dağılıb.  Həmçinin hasara alınmadığına görə narkomanların məkanına  və zibilxanaya çevrilib.

Taymaz

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK