Bakıda qaşqay türkləri ilə bağlı kitab nəşr edilib

by Samir Asadli

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Elmi şurasının qərarı ilə Bakıda “Qaşqay folklor örnəkləri” kitabının I cildi çapdan çıxıb.

Bu barədə AMEA məlumat yayıb.

Kitab Qaşqay türklərindən toplanmış müxtəlif folklor örnəklərində ibarətdir.

Xatırladaq ki, indiyədək İranın güney və orta bölgələrində yaşayan Qaşqay türklərinin folkloru ölkəmizdə geniş şəkildə öyrənilməmiş, bu zəngin mənəvi irs haqqında yalnız pərakəndə şəkildə araşdırmalar aparılmışdır.

Qaşqay folkloru ilə bağlı ilk toplama işini əhatə edən bu kitabda Qaşqay etnoqrafiyası, folklor mədəniyyətinin orijinal şəkildə oxunması üçün təkmilləşdirilmiş sözlük də təqdim edilib.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən 316 səhifəlik kitabın layihə rəhbəri akademik Muxtar Kazımoğlu-İmanov, tərtibçi və “Ön söz” müəllifi filologiya elmləri doktoru, dosent Mətanət Maşallahqızı (Abbasova), mətnləri transliterasiya edənlər filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli, İlahə Qurbanova və Səbuhi Bədəlov, redaktoru isə Lalə Bədirovadır.

Qeyd edək ki, İranın Kohgiluyə və Boyirəhməd, İsfahan, Fars, Buşəhr və Xuzistan əyalətlərində yaşayan qaşqayların sayı 3 milyona yaxındır.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK