Nizami Kino Mərkəzində Azərbaycanın görkəmli balerinası, SSRİ Xalq artisti, professor Leyla Vəkilovanın 95 illik yubileyinə həsr olunmuş “Vəkilova” sənədli filminin təqdimatı keçirilib.
İki ay ərzində ərsəyə gəlmiş ekran işi üç dildədir. Filmi azərbaycan dilində Əməkdar artist Elşən Rüstəmov, rus dilində Azərbaycan Rus Dram Teatrının aktrisası Rumiyyə Ağayeva, ingilis dilində isə Renat Tavlatov səsləndirib. Filmin rejissoru və ssenari müəllifi Brüssel Beynəlxalq Akademiyasının professoru, xareoqraf, Əməkdar artist Samir Səmədovdur.
İlk dəfə klassik dünyəvi balet elementləri ilə milli rəqslərimizin hərəkət zəifliyini hünərvər ustalıqla birləşdirə və onu öz ifasının estetik hüsnünə çevirmiş Leyla Vəkilova sənətkarlıq qabiliyyətini formalaşdırmaq məqsədi ilə iki il dünya şöhrətli Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib. Bakıya qayıdaraq Opera və Balet Teatrının aparıcı balet aktrisası olub. Tezliklə o, ən sanballı balet tamaşalarında qadın qəhrəmanların partiyalarını ifa etməyə başlayıb. Onun zəngin yaradıcılığının ən parlaq yaradıcılıq qələbələrini təmin edən obrazlar dünya balet ulduzlarının da əsas repertuarlarını təşkil edir. Leyla Vəkilova ilk dəfə klassik dünyəvi balet elementləri ilə milli rəqslərimizin hərəkət zəifliyini hünərvər ustalıqla birləşdirə və onu öz ifasının estetik hüsnünə çevirə bilmişdir.