Beynəlxalq Əfv Təşkilatı İrandan edamları dərhal dayandırmasını tələb edib

by Samir Asadli

Təşkilat Milad Zöhrəvəndin edam edilməsinə etiraz edərək dünya ictimaiyyətindən bu barədə reaksiya göstərmələrini istəyib.

Qeyd edək ki, 21 yaşlı Milad SEPAH-ın üzvü Əli Nəzərinin öldürülməsində itiham olunub. Onun edam hökmü Həmədan şəhərinin Mərkəzi Həbsxanasında icara edilib.

Əvf Təşkilatı bu barədə bəyanatında Miladın edam olunması ilə “Qadın, Yaşam, Azadlıq hərəkatı ilə əlaqədar edamlar sayının səkkizə çatdığını” bildirib.

İnsan haqları müdafiəçisi olan təşkilat həmçinin bildirib ki, “ədalətsiz edmalar” İran hakimiyyəti tərəfindən “depressiya vasitəsi olaraq” istifadə olunur.

Miladın valideyni Radio Fərda xəbər agentliyinə bildirib ki, “Miladın edam olunacağı barədə məlumat verilməyib. Həmçinin onunla vidalaşma görüşü də təmin olunmayıb.”

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK