Şərqi Azərbaycan əyalətinin Binab şəhərindən olan milli-mədəni fəal Səid Minayi həbs edilib.
Səid Minayinin həbs səbəbləri barədə ailəsinə məlumat verilməyib.
Bununlada son iki gün ərzində Urmu, Rəşt, Təbriz və Ərdəbil şəhərlərində saxlanılan fəalların sayı 5-ə çatıb.
Qeyd edək ki, Səid Minayi Azərbaycan dili və mədəniyyəti, ətraf mühit problemləri, xüsusilə, Urmu gölü ilə bağlı fəaliyyətlərinə görə, bundan öncə də bir neçə dəfə həbs edilib.