“Biz ögey qardaş imişik” – Allahşükür Paşazadə

by Samir Asadli

“İran tarixdə və islam tarixində böyük səhv edir, bu da bağışlanmazdır”.

Bunu jurnalistlərə açıqlamasında Bütün Qafqazın Şeyxi, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə deyib.
“Biz İranı qardaş bilirdik və qardaşımızın belə addım atmasını istəmirdik”, – o, vurğulayıb.
Şeyx Tehranın İrəvanla qardaşlaşmasını səhv addım hesab edir:
“Biz onları qardaş tanıyırdıq. Amma sonradan gördük ki, bu qardaşın başqa qardaşı da varmış. Biz ögey qardaş imişik. Hesab edirəm ki, onlar öz səhvlərini başa düşəcək. Onlar tarixdə və islam tarixində böyük səhv edirlər ki, bu da bağışlanmazdır. Ümid edirəm ki, səhvlərini başa düşüb geri qayıdacaqlar”.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK