Birləşmiş Millətlər Təşkilatı “Ərk”-Azərbaycan İnsan Haqları Cəmiyyətinin “İran hökumətinin Xoy zəlzələsində pis idarəçiliyi” ilə bağlı etiraz bəyanatını dərc edib.
“Yanvarın 28-də Xoy şəhəri və Qərbi Azərbaycan əyalətinin yüzlərlə kəndində bir neçə nəfəri ölümü və çox sayda inasnın yaralanması ilə nəticələnən bir neçə zəlzələ baş verib.
Zəlzələnin dağıdıcı təsiri nəticəsində on minlərlə insan evlərini itirib.
Bu bölgənin sərt qışının ortasında və əlverişsiz şəraitdə zərərçəkənlərə hələ də dövlət orqanları tərəfindən lazımi dəstək və yardım göstərilməyib.
Dövlət məmurlarının sistematik məsuliyyətsizliyi ilə yanaşı, təhlükəsizlik qüvvələrinin zərər çəkmiş insanlarla həmrəylik edən fəallara və kömək etmək istəyən könüllülərə qarşı repressiv davranışları müşahidə olunur.
Beynəlxalq ictimaiyyət İrana qarşı sanksiyalar və təcrid etmə hərəkətlərini sərtləşdirməklə yanaşı, fəlakətdən əziyyət çəkən insanlara kömək etməlidir”-bəyanatda belə deyilir.