Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

by Samir Asadli

Böyük Britaniya İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 4 üzvünə sanksiya tətbiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, sanksiyalar siyahısının yenilənmiş variantı bu gün Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Sanksiyaya məruz qalanlar SEPAH-ın komandiri Məhəmməd Nəzər Əzimi (Kirmanşah əyalətində etirazları qəddarcasına yatırtdığına görə), SEPAH-ın Qərbi Azərbaycan əyalətindəki bölməsinin komandiri Həbib Şahsavari (Məhabadda və Piranşehrdə etiraz aksiyalarının yatırılmasına görə), SEPAH-ın Mərkəzi əyalətindəki komandiri Möhzən Kərimi (etirazların qəddarcasına yatırılmasına görə) və SEPAH-ın “Kərbəla” əməliyyat bazasının komandiri Əhməd Kademdir (Xuzistan əyalətinin İze şəhərində etirazları qəddarcasına yatırdığına görə).

Tətbiq olunan sanksiyalara Böyük Britaniyada aşkar ediləcəyi təqdirdə maliyyə aktivlərinin dondurulması, həmçinin Böyük Britaniyaya girişin qadağan edilməsi daxildir.

“İran rejimi İran xalqının kobud şəkildə repressiya məruz qalmasına və bütün dünyaya qan tökülməsini “ixrac etdiyinə” görə məsuliyyət daşıyır. Məhz buna görə də biz İrana qarşı, o cümlədən bütünlükdə SEPAH-a qarşı 300-dən çox sanksiya tətbiq etmişik”, – Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK