“Sabir Rüstəmxanlı söhbətləri”nin budəfəki buraxılışı Azərbaycanın suverenliyinin tam bərpası, Xankəndində bayrağımızın qaldırılması məsələsinə həsr olunub.
Sabir Rüstəmxanlı bu tarixi günləri özünəməxsus şəkildə şərh edib, Azərbaycanın dünyaya bir nümunə göstərdiyini vurğulayıb. Bildirib ki, 44 günlük Vətən Müharibəsi zamanı ordumuzun Xankəndinə, Xocalıya girməməsi, üç il gözləməsi bir insanlık nümunəsidir, mülki əhliyə qarşı mərhəmət göstəricisidir.
Xalq şairi əlavə edib ki, erməni lobbisinin təsiri altında bir neçə dövlətin Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləməsinə baxmayaraq, artıq dünya Azərbaycan həqiqətlərini görməyə başlayıb. Onlar ermənilərin cəfəng fikirlərini dinləməkdən yorulublar.
S.Rüstəmxanlı bildirib ki, İlham Əliyev cəsarətli addımıyla xalq arasında başını uca edib, eyni zamanda xalqın da başını ucalara qaldırıb.
Bakupost.az “Sabir Rüstəmxanlı söhbətləri”nin növbəti buraxılışını təqdim edir: