“Bu hakimiyyətlə İranda islahat mümkün deyil”

by Samir Asadli

İranın Sistan və Bəluçistan əyalətinin tanınmış sünni din xadimi Moləvi Əbdülhəmid hazırkı hakimiyyətin islahatlara gedcəyi ilə bağlı deyilənləri şərh edib. O, bu ehtimalın sıfıra bərabər olduğunu deyib.

İranın keçmiş baş naziri Mirhüseyn Musəvinin son açıqlamasına toxunan nüfuzlu din xadimi başqa siyasətçilərində reallıqları qəbul etmələrini istəyib.

“Ölkəyə ürəyi yanan siyasətçilər gözlərini açmalı və həqiqətləri görməlidirlər”,- deyə, Əbdülhəmid bildirib.

Qeyd edək ki, üç gün əvvəl verdiyi açıqlamada keçmiş baş nazir Mirhüseyn Musəvi İranın siyasi strukturunda aparılan islahatların səmərəsiz olduğunu deyib və Konstitusiyada dəyişiklik edilməsinin vacibliyini vurğulayıb.

“Mövcud sistemin dəyişdirilməsi və ya əsaslı şəkildə yenilənməsi xalqın hüquqlarından biridir. İran fundamental transformasiyaya hazırdır”,-deyə, o qeyd edib.

Keçmiş baş nazir, azad referendum keçirilməsini və Müəssislər Məclisinin formalaşdırılmasının vacibliyini qeyd edib.

Musəvi bildirib ki, bu prosesdə bütün xalq nümayəndələrinin iştirakı vacibdir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK