Güney Azərbaycanlı türk fəal Cəfər Hacı Rezai Sufian-Təbriz avtomobil yolunda səyahət edərkən ETTELAAT qüvvələri tərəfindən həbs edilib.
Xəbər mənbələrinin məlumatına görə, Cəfər Hacı Rezai bir neçə saatlıq sorğu-sualdan sonra azadlığa buraxılsa da, oktyabrın 21-də Təbriz İnqilab Məhkəməsinə çağırılıb və işə məsul olan hakim Musəvi 500 milyon tümən girov təyin edərək onu azadlığa buraxıb.