Cavad Məhhəmmədi Fərd və Əlirza Qənbəri saxlanılıblar

by Samir Asadli

Urmu şəhəri sakinləri Cavad Məhhəmmədi Fərd və Əlirza Qənbəri barələrində qət edilmiş həbs müddətlərini çəkmək məqsədi ilə bir müddə əvvəl saxlanılıb şəhərin Mərkəzi Həbsxanasına köçürülüblər.

Guna

Onlar həbsdən əvvəl 2022-ci ilin noyabrında barələrində açılmış iş üzrə tədqiqatın bitirilməsinə qədər zəmanət kimi mülk sənədi qoyuluşu ilə müvəqqəti azad olunub və bir müddət sonra Cavad Məhhəmmədi Fərd 5 il 6 ayadək və Əlirza Qənbəri 6 il 2 ayadək həbsə məhkum olunub.

Qeyd edək ki, Cavad Məhhəmmədi Fərd 2022-ci ilin iyul ayında  “milli təhlükəsziliyə qarşı hərəkət” və “Xaməneyi və Xomeyni barədə təhqir” ittihamları

və Əlirza Qənbəri həmin ilin avqustu “hakimiyyətə qarşı qruplarda üzvlük”, “Xomeyniyə təhqir” və “hakimiyyətə qarşı təbliğ” ittihamları ilə saxlanılıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK