Məşhur təbrizli jurnalist Aydın Təbrizi tarixi Azərbaycan şəhəri Culfanın demoqrafik tərkibinin dəyişdiyini və bu şəhərin sistemli şəkildə kürdləşdirildiyini bildirir.
“Sanki qeyri-müəyyən və anonim siyasətlər Culfa bazarına kölgə salıb və bu bölgə ilə həmişə əlaqəli olan orijinallıq hissini tədricən azaldıb. Bu qəfil dəyişiklik mənim nəzərimdə Culfanın birlik hissini və yerli kimliyini zəiflətmişdi. Ola bilsin ki, bu mədəni müxtəliflik müsbət hal kimi qiymətləndirilə bilər, amma Culfanın özünəməxsusluğu həmişə türklərin varlığı ilə hiss olunub və bu dəyişikliklər mənim üçün çoxlu suallar doğurub!”
Qeyd edək ki, 2019-cu ilin iyun ayında Ərdəbil əyalətinin Parsabad şəhərinin qubernatoru Ədalət Hacıpur 2000 kürd mühacirin bu şəhərdə məskunlaşdığını bildirmişdi: “2000-ə yaxın kürd dilli fəhlə işləmək üçün Parsabad şəhərində məskunlaşıb. Çoxlu mədəni fərqlilikləri nəzərə alsaq, bu köçlərin gələcəkdə mədəni problemlərə, zorakılığa səbəb olması mümkündür”.