Culfanın təbiət qoruğunda yanğın olub

by Samir Asadli

Şərqi Azərbaycan əyalətinin Culfa mahalının Kiyaməki təbiət qoruğunda yanğın baş verib.

Bu barədə Culfa mahalının Ətraf Mühiti Mühafizə İdarəsinin başçısı Əlirza Qocayi açıqlama verib.

O, yanğınsöndürmə texnikası və avadanlıqlarının çatışmadığına görə, yanğının söndürülməsində yerli əhalinin əsas rol oynadığını deyib.

Qocayi hadisənin insan amili və müdaxiləsi nəticəsində meydana gəldiyini və bu barədə araşdırmalar aparıldığını söyləyib.

Qeyd edək ki, bir müddət bundan əvvəl baş verən yanğın nəticəsində qoruğun 30 hektarı ərazisi yanaraq məhv olub.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK