DAK ermənilərin Arazın çirklənməsinə etiraz edənlərin həbsini pislədi

by Samir Asadli

İyulun 7-də Xudafərin körpüsü yaxınlığında Ermənistanın Araz çayını çirkləndirməsinə etiraz edən 6 güneyli fəal İran sərhədçiləri tərəfindən həbs edilib. Bununla bağlı Dünya Azərbaycanlıları Konqresi bəyanat yayıb.Bəyanatda deyilir:

“İslam respublikası adı altında pərdələnən İran fars-molla rejimi növbəti dəfə nə islama, nə də insanlığa uyğun olmayan əmələ imza atıb. Beləki Xudafərin körpüsü yaxınlığında Araz çayı kənarında güneyli fəallar Ermənistanın Araz çayını çirkləndirməsi, Arazkənarı bölgələrdə xərçəng xəstəliyinin yayılmasına etirazlarını bildirmək üçün çayın sahilində aksiya keçirmək istəyiblər. İran rejiminin sərhədçiləri Mustafa Əvəzpur, Rəhim Sasani, Sədullah Sasani, Məhəmməd Mərdi, Məhəmməd Əlipur və Cəfər Novruzi adlı fəalları həbs ediblər. Həmin şəxslərin hara aparıldıqları barədə ailələrinə məlumat verilməyib.
Dünya Azərbaycanlıları Konqresi İran rejiminin repressiya və antiazərbaycan siyasətinə etiraz edərək aksiyaçıların dərhal azad olunmasını tələb edir. DAK bütün repressiyaların faydasız olduğunu və hər cür təzyiqə rəğmən Arazın güneyində Azərbaycan istiqlalının qarşısıalınmaz olduğunu bəyan edir”.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK