Dünya Azərbaycanlıları Konqresinin (DAK) Avropa Bölməsinin rəhbəri, ictimai xadim, şair Əli Hacı Ağaevli 60 illik yubileyi və ictimai fəaliyyətinə görə İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) tərəfindən təltif edilib. Mərkəzin sədri və DAK-ın Aparat rəhbəri Samir Adıgözəlli şair Əli Hacı ilə görüşərək təltif plakerini təqdim edib.
DAK.az saytı olaraq hörmətli Əli Hacını təbrik edirik. Ona yaradıcı işlərində və diaspor fəaliyyətində uğurlar arzu edirik.