DAK həmsədri Rusiyada 20 yanvar olaylarına hərs edilən tədbirə qatılıb

by Samir Asadli
20 Yanvar—Milli Matəm günü dünyanın hər yerin yaşayan azərbaycanlılar tərəfindən qeyd edilib. Millət vəkili, Dünya Azərbaycanlıları Konqresi həmsədri və VHP sədri Sabir Rüstəmxanlı Quzey Qafqazda 20 Yanvar faziəsinin 34-cü ildönümü ilə bağlı keçirilən tədbirlərə qatılıb. Yesuntukidə Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin başçısı Rəfail Malikoğlu tərəfindən düzənlənmiş tədbirə qatılıb, ardınca Kislavodsk şəhərlərində diaspor sədri Asif Musayevin rəhbərliyi altında keçirilən tədbirə qatılıb. Tədbirlərdə şəhidlərimizin ruhuna dualar oxunub, ehsanlar verilib. Qorbaçov hakimiyyətinin qanlı cinayəti, Sovet ordusunun törətdiyi vəhşilikləri görən insanların acı xatirələri dinlənilib.Hər iki tədbirdə Azərbaycanın yaşadığı ağır işğal illəri , son qələbələri və bölgədəki durumla bağlı maraqlı söhbətlər aparılıb.
Millət vəkili eyni zamanda Rusiyanın bir sıra vilayətlərindəki Diaspor təşkilatlarımızın başçıları ilə də onlayn görüşlər keçirib və Rusiyada yaşayan azərbaycanlıların əsas qayğıları ilə maraqlanıb, onların vətənə quru yolla gələ bilməmələri, sənəd alma problemləri ətrafında müzakirə aparıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK