Vətəndaş Həmrəyliyi Partiyasının sədri, DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı 8 mart Beynəlxalq Qadınlar Günü ilə bağlı Azərbaycan xanımıarını təbrik edib. Təbrikdə deyilir:
“Əziz xanımlar, analar və bacılar!
Sizi Qadınlar bayramı münasibəti ilə təbrik edir, hər birinizə cansağlığı, ailə səadəti arzulayıram.
Azərbaycan qadını – fədəkar ana, sadiq ömür-gün yoldaşı, milli-əxlaqi dəyərlərimizin qorunmasında, kimliyimizin və dilimizin yaşamasında müstəsna xidməti olan yüksək mənəviyyatlı vətəndaşdır. Dövlət Müstəqilliyinizin bərpasında kişilərimizlə yan-yana mübarizə aparmış qadınlarımız müharibənin acılarını da hamıdan çox çəkmişlər.
Azərbaycan qadını – şəhid anasıdır, şəhid bacısıdır. Azərbaycan qadını həm də Qalib Əsgəri böyüdən, onun Zəfər ruhunu yetişdirən ünvandır.
Əziz xanımlar!
Sizlərin görünən və görünməyən xidməti, ailə tərbiyəsindəki rolunuz, milli ruhda böyütdüyünüz övladlar və bütün çətinliklərlə bərabər, milli taleyimiz üçün ən həssas məqamlarda önə çıxmağınız millətimizi yaşadan əsas səbəbdir.
Sizlərin hər birini bir daha təbrik edir, hamınıza xoşbəxtlik, səadət arzulayıram”