DAK rəsmisi Türkiyədə bələdiyyə başqanları ilə görüşüb

by Samir Asadli

Dünya Azərbaycanlıları Konqresi İcra Aparatının rəhbəri, İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli qardaş Türkiyədə 31 mart 2024-ci il tarixində keçirilən bələdiyyə seçkilərində yenidən etimad qazanaraq Çorum Bələdiyyə başqanı seçilən Dr.Halil İbrahim Aşkını və Osmancık Bələdiyyə Başqanı seçilən Ahmet Gelgörülə görüşüb.
DAK rəsmisi Türkiyədə keçirilən bəlıdiyyə seçkisinin demokratiya nümunəsi olduğunu, Türkiyə insanının beş il müddətinə öz idarəçilərini seçdiklərini bildirib. O bildirib ki, Türkiyədə keçirilən seçki Azərbayaycanda hər zaman diqqət və böyük sevgi ilə izlənilir: “Azərbaycan insanı hər zaman qardaş ölkədəki seçkini öz seçkiləri kimi qəbul edir və hər evdə seçkinin nəticəsi müzakirə olunur. Türkiyənin sevinci Azərbaycanın, Azərbaycanın sevinci, uğuru Türkiyənindir”.
Bələdiyyə başqanları Samir bəyə səmimi ziyarət və təbrikə görə təşəkkür edib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK