Daşqınların Şərqi Azərbaycana vurduğu ziyanın məbləğı açıqlandı

by Samir Asadli

Sel daşqınları Şərqi Azərbaycan əyalətinin Qaradağ mahalının Əhər, Vərziğan və Xudafərin bölgələrinə 600 milyard tümən ziyan vurub.

Bu barədə əyalətin Böhran İdarəetmə Mərkəzinin başçısı Məhəmməd Baqir Hünərbər açıqlama verib.

O, yolların, kənd evlərinin, kənd təsərrüfatı və infrastrukturun dağıldığını, onların bərpasına çalışıldığını bildirib.

Qeyd edək ki, avqustun 29-dən 30-a keçən gecə Şərqi Azərbaycan əyalətinin Qaradağ mahalında sel daşqınları 61 kəndə ziyan vurub.

Əhərdə 30, Vərziğanda 20 və Xudafərində 11 kəndə ziyan dəyib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK