“Dövlətimizlə bir daha qürur duydum”

by Samir Asadli

XALQ ŞAİRİ SABİR RÜSTƏMXANLI: “ŞABRANDA TİKİLƏN YARADICILIQ EVİ SOVET VAXTI GÖRDÜYÜM YARADICILIQ EVLƏRİNİN HAMISINDAN YAXŞIDIR”

Bu yaxınlarda Şabrandakı yaradıcılıq evində olan Xalq şairi Sabir Rüstəmxanlı təəssüratlarını “525-ci qəzet”lə bölüşüb.

Xalq şairi bildirib ki, sözügedən istirahət mərkəzi indiyə qədər gördüyü ən gözəl yaradıcılıq evidir: “Sovet dövründə SSRİ-də fəaliyyət göstərən bir çox sanatoriyada, yaradıcılıq evlərində olmuşam. Çətin illər idi, bütün günün işləyirdin, əziyyət çəkirdin ki, qayğılardan azad olasan, xərclərini ödəyəsən. Bizim yazı-pozu ilə daha çox məşğul olmaq üçün bir ümid yerimiz var idi: o da yaradıcılıq evləri. Şabranın keçmiş icra başçısı Novruzov Novruzov o vaxtı yaradıcılıq evinin tikiləcəyi yeri mənə göstərmişdi. Heç ağlıma gəlməzdi ki, həmin yerdə belə sanatoriya yaradılacaq. O zaman düşünmüşdüm ki, görəsən, yeni tikiləcək yaradıcılıq evinə getmək qismət olacaqmı? Yaxın günlərdə təklif olundu, həmin yaradıcılıq evinə getdim, Şabranda yazıçılar, bəstəkarlar, rəssamlar üçün tikilmiş kotteclərdə oldum.

Bura yaradıcılıq təşkilatlarımız üçün böyük hədiyyədir. Yaradıcılıq evindəki şəraiti görəndən sonra dövlətimizlə bir daha qürur duydum. Müharibə şəraitində, çətin dövrdə Şabranda tikilən yaradıcılıq evi sovet vaxtı gördüyüm yaradıcılıq evlərinin hamısından yaxşıdır. Şərait əladır, tikililər müasir standartlara cavab verir, ətraf çox səliqəlidir. Yerləşdiyi yerin təbiəti də çox gözəldir, Qafqaz dağlarının qoynunda bir məkandır. Mənə çox yaxşı təsir etdi. Əminəm ki, bu yaradıcılıq evində böyük əsərlər yaradılacaq”.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK